Yuxarı

Bu il Azərbaycanda iqtisadi artım 4,5% olacaq

​BVF əvvəlki ilə nisbətən iqtisadi artım tempinin azalacağını proqnozlaşdırır

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanda bu il iqtisadi artım 4,5% səviyyəsində proqnozlaşdırılır. “Report”un xəbər verdiyi kimi, bu proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında göstərilib.

Hesabata əsasən, gələn il Azərbaycanda iqtisadi artım 4,3% səviyyəsində gözlənilir. Qeyd edək ki, ötən il iqtisadi artım 5,8%, bu ilin 9 ayında isə 2,5% olub.

Eyni zamanda BVF inflyasiyanın yüksələcəyini gözləyir. Belə ki, ötən ilin nəticələrinə görə, Azərbaycanda inflyasiya 2,4%, bu ilin 9 ayında 1,5% olduğu halda, 2014-cü ilin yekununda 2,8%, 2015-ci ildə isə 3,0% səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, BVF həmçinin cari əməliyyatlar balansının ÜDM-ə nisbətinin kəskin azalacağını proqnozlaşdırır. Belə ki, 2014-cü ildə bu göstərici 14,6%, 2015-ci ildə 10,4% səviyyəsində gözlənilir. Xatırladaq ki, 2013-cü ildə cari əməliyyatlar balansının ÜDM-ə nisbəti 17,0%-ə bərabər olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi