Bu il ARDNF “Şahdəniz”dən 60 mln. ABŞ dollarınadək gəlir əldə edib

Bu il ARDNF “Şahdəniz”dən 60 mln. ABŞ dollarınadək gəlir əldə edib Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) indiyədək 2,893 mlrd. ABŞ dolları daxil olub.
Maliyyə
4 May , 2020 13:37
Bu il ARDNF “Şahdəniz”dən 60 mln. ABŞ dollarınadək gəlir əldə edib

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) indiyədək 2,893 mlrd. ABŞ dolları daxil olub.

“Report” bu barədə ARDNF-ə istinadən xəbər verir.

Bu ilin yanvar-aprel ayları ərzində ərzində ARDNF-ə daxil olan vəsaitin həcmi isə 59 mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ARDNF-ə “Şahdəniz” yatağının işlənməsindən əldə olunan mənfəət qazının satışından vəsait 2007-ci ildən daxil olur. Bu yataqda hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə satılır.

Son xəbərlər

Orphus sistemi