Bu il AÇG-dən Neft Fonduna 5,2 mlrd. dollar daxil olub

Bu il AÇG-dən Neft Fonduna 5,2 mlrd. dollar daxil olub ARDNF-ə daxilolmaların ümumi həcmi 127,3 mlrd. dolları üstələyib
Maliyyə
6 Noyabr , 2017 15:37
Bu il AÇG-dən Neft Fonduna 5,2 mlrd. dollar daxil olub

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzər dənizinin milli sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 5,195 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub.

Bu barədə "Report"a Neft Fondundan bildirilib.

Ümumilikdə, AÇG üzrə 2001-ci ildən bu il noyabrın 1-nə qədər ARDNF-ə daxilolmaların ümumi həcmi 127,304 mlrd. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi