Bu gün Türkiyədə uçot dərəcəsinə baxılır

Bu gün Türkiyədə uçot dərəcəsinə baxılır Bakı. 13 sentyabr. REPORT.AZ/ Bu gün Türkiyə Mərkəzi Bankının sədri Murad Çətinqayanın rəhbərliyi ilə qurumun Pul siyasəti komitəsinin növbəti iclası keçiriləcək.
Maliyyə
13 Sentyabr , 2018 10:03
Bu gün Türkiyədə uçot dərəcəsinə baxılır
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ Bu gün Türkiyə Mərkəzi Bankının sədri Murad Çətinqayanın rəhbərliyi ilə qurumun Pul siyasəti komitəsinin növbəti iclası keçiriləcək.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, ölkənin maliyyə bazarı iştirakçıları səbirsizliklə bu iclasın nəticəsini gözləyir.

İclasda uçot dərəcəsinə yenidən baxılacaq. Hazırda bu göstərici 17,75%-dir. İqtisadçılar faiz artımı ilə bağlı qərarın qəbul ediləcəyi qənaətindədir.

Xatırladaq ki, sonuncu dəfə bu cür iclas iyulun 24-də keçirilib. 

Son xəbərlər

Orphus sistemi