Yuxarı

​Bu gündən birjada “Embawood” şirkətinin istiqraz emissiyasının yerləşdirilməsinə başlanılıb

Anderrayter qismində PAŞA Kapital çıxış edir

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycanın "Embawood" MMC və "PAŞA Bank" ASC mebel istehsalçısının ilk istiqraz emissiyasının Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsinə başlanması ilə əlaqədar təqdimat mərasimi keçirib. "Report"un xəbər verdiyi kimi, tədbirdə emissiyanın anderrayteri qismində çıxış edən "PAŞA Kapital", həmçinin "PAŞA Bank", digər bank və aparıcı şirkətlər, Listinq Məsləhət Proqramı (LMP) üzrə tərəfdaş şirkətlər, broker şirkətlərinin təmsilçiləri iştirak ediblər.

“PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş investisiya inzibatçısı Taleh Kazımovun sözlərinə görə, son dövrlərdə şirkətlərin kapital bazarlarına marağı artıb, korporativ istiqrazlar vasitəsilə aşağı məbləğli, az müddətli və geri ödəniş şərtləri baxımından daha əlverişli maliyyə resursları cəlb etmə imkanları əldə olunub.

“PAŞA Bank” indiyədək 15-ə yaxın korporativ istiqraz emissiyasının yerləşdirməsində emitentlərə uğurlu məsləhət və anderraytinq xidmətləri göstərib. Bu günə kimi reallaşdırılan layihələr nəticəsində “PAŞA Bank” və “PAŞA Kapital” dünyanın ən nüfuzlu maliyyə jurnallarından biri olan “EMEA Finance” tərəfindən ilin ən yaxşı investisiya bankı və broker şirkəti adına layiq görülüb. Qazandığımız təcrübəni ölkəmizdə fəaliyyət göstərən bütün şirkətlərlə paylaşdığımızı və bunlardan birinin "Embawood" şirkəti olduğunu, şirkətin bu günə qədər apardığı uğurlu fəaliyyətinin davamı və şirkətin qarşısında duran böyük layihələrinin reallaşdırılmasında korporativ istiqraz yerləşdirməklə cəlb etdiyi resurslara əhəmiyyətli dəstək olacağına inanırıq”, - deyə T.Kazımov vurğulayıb.

Tədbirin sonunda istiqrazları ilk dəfə listinqə çıxan “Embawood” şirkəti ilə tərəfindən listinqə qəbul edilmə sazişi imzalanıb. Bu gündən etibarən istiqrazların kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdirilməsinə başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi