“BTB Leasing” bu ilin I yarısını mənfəətlə başa vurub

“BTB Leasing” bu ilin I yarısını mənfəətlə başa vurub Bakı. 24 avqust. REPORT.AZ/ “BTB Leasing” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 4,774 mln. manat təşkil edib.
Maliyyə
24 Avqust , 2018 16:07
“BTB Leasing” bu ilin I yarısını mənfəətlə başa vurub
0 : 00
0 : 00

Bakı. 24 avqust. REPORT.AZ/ “BTB Leasing” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 4,774 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 2,25 dəfə çoxdur.

“BTB Leasing”in aktivlərinin 98,4%-ni və yaxud 4,697 mln. manatını lizinq üzrə debitor borclar təşkil edib. Son 6 ayda şirkətin lizinq portfeli 2,3 dəfə böyüyüb.

Hesabat dövründə “BTB Leasing”in cəmi öhdəlikləri 2,2 dəfə artaraq 4,623 mln. manata, cəmi kapitalı isə 2,9 dəfə artaraq 151 min manata çatıb.

Yanvar-iyun aylarında “BTB Leasing”in gəlirləri 425 min manat, xərcləri isə 301 min manat təşkil edib. Son nəticədə şirkətin əməliyyat mənfəəti 124 min manat olub.

“BTB Leasing” bunun 25 min manatını mənfəət vergisi kimi ödəyib və bu ilin I yarısını 99 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "BTB Leasing" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 30 min manatdır. Şirkətin səhmləri 100% Rəsul Oqtay oğlu Bəşirova məxsusdur. 

Son xəbərlər

Orphus sistemi