Britaniyanın daşınmaz əmlak bazarı böhrandan əvvəlki vəziyyətinə qayıdıb

Britaniyanın daşınmaz əmlak bazarı böhrandan əvvəlki vəziyyətinə qayıdıb Paytaxt Londonda əmlak daha sürətlə bahalaşıb
Maliyyə
29 İyul , 2017 16:17
Britaniyanın daşınmaz əmlak bazarı böhrandan əvvəlki vəziyyətinə qayıdıb

Bakı. 29 iyul. REPORT.AZ/ Böyük Britaniyanın daşınmaz əmlak bazarında qiymətlər demək olar ki, 2007-ci ildəki qlobal iqtisadi böhrandan əvvəlki səviyyəyə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Mansion Global” nəşri Londonda fəaliyyət göstərən “Savills” əmlak firmasına istinadən yazıb.

Məlumatda deyilir ki, 2017-ci ilin mart ayına qədərki 1 il ərzində Böyük Britaniyada 408 mlrd. ABŞ dolları dəyərində əmlak alınıb. Bu isə 10 il əvvəllə müqayisədə cəmi 37 mlrd. dollar azdır.

Hazırda Qərbi Avropanın bu inkişaf etmiş ölkəsində mənzillərin orta qiyməti 275 min dollara yaxımdır. Halbuki, 2007-ci ilə qədər bu rəqəm 237 min dollardan bir qədər çox olub.

Son 10 ildə ən kəskin bahalaşma paytaxtda qeydə alınıb. Belə ki, Londonda mənzillərin orta qiyməti 275 min dollardan 627 min dollara çatıb. 

Son xəbərlər

Orphus sistemi