Yuxarı
    Bağlamaq

    Britaniya özünün kriptovalyutasını buraxa bilər

    Yeni kriptovalyuta BoE-nin nəzarətində olacaq

    Bakı. 2 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın İngiltərə Bankı (BoE) özünün "bitcoin"ə bənzər kriptovalyutasını buraxa bilər.

    "Report" xəbər verir ki, bunu "The Telegraph" qəzeti yazıb.

    Nəşrin məqaləsində bildirilib ki, bank bu addımı 2018-ci il ərzində ata bilər. Hazırda BoE-nin Araşdırma şöbəsi kriptovalyutanın Britaniya milli valyutasi funt sterlinqlə əlaqəli şəkildə mümkün tətbiqini araşdırır. 

    "The Telegraph"ın məlumatına görə, Araşdırma şöbəsi BoE-nin öz kriptovalyutasını yaratmağa hazır olması barədə hesabatını 12 ay ərzində təqdim edə bilər. Yaradılacaq kriptovalyuta britaniyalılara öz pullarını Mərkəzi Bank vasitəsilə rəqəmsal formada saxlamağa və pərakəndə pullardan imtina etməyə imkan verəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi