Böyük Britaniya məhkəməsinin qərarı funt sterlinqi bahalaşdırıb

Böyük Britaniya məhkəməsinin qərarı funt sterlinqi bahalaşdırıb "Report": Tezliklə məzənnə 1,30 USD/GBP-yə kimi yüksələ bilər
Maliyyə
3 Noyabr , 2016 17:45
Böyük Britaniya məhkəməsinin qərarı funt sterlinqi bahalaşdırıb

Bakı. 3 noyabr. REPORT.AZ/ London Ali Məhkəməsi ölkə hökumətinə Lissabon anlaşmasının 50-ci maddəsini müstəqil şəkildə hərəkətə keçirməsi hüququnun olmadığını qərara alıb. "Report"un verdiyi xəbərə görə, "Bloomberg" agentliyinin məlumatına əsasən, B.Britaniya Avropa İttifaqından (Aİ) ayrılmaqla bağlı 2 illik prosedurun başlaması üçün parlamentdə səsvermə keçirməlidir. Öz növbəsində Britaniya hökuməti ölkənin Ali Məhkəməsinin qərarına apelyasiya verib və bununla bağlı qərar dekabrın 5-8-də məlum olacaq.

Xatırladaq ki, Britaniya baş naziri Tereza Mey bir müddət əvvəl Lissabon anlaşmasının 50-ci maddəsini 2017-ci ilin mart ayında tətbiq ediləcəyini bildirib. Hollandiyanın "İNG" bankının iqtisadçısı Ceyms Naytli (James Knightley) bildirib ki, bir çox deputat maddənin tətbiqinin lehinə səs verəcək, yəni, "Brexit"i dəstəkləyəcək və baza ssenarisi dəyişməyəcək: "Sadəcə, maddənin tətbiqi tarixi ilkin olan mart variantından sonrakı müddətə keçirilə bilər".

Qeyd edək ki, Britaniya hökumətinə qarşı iddianı iş adamı Cina Miller (Gina Miller) və saç ustası Deyr dos Santos (Deir Dos Santos) qaldırıblar və məhkəmə iddianı qəbul edib.

Bu xəbər funt sterlinqin dollarla müqayisədə kəskin bahalaşmasına yol açıb. Belə ki, bu gün USD/GBP məzənnəsi 1,2306 səviyyəsindən 1,45% möhkəmlənərək 1,2485-ə çatıb və sonrada ,2452-yə kimi geriləyib. "Report"un analitik qrupu funt sterlinqin yaxın günlərdə möhkəmlənməyə davam edəcəyini, D.Trampın ABŞ-da prezident seçiləcəyi təqdirdə prosesin daha da sürətlənərək USD/GBP məzənnəsinin 1,30-a qədər yüksələcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi