Yuxarı

Britaniya funtu tədricən ucuzlaşır

Funt sterlinqin ilin sonuna qədər 1,14 USD/GBP səviyyəsinə kimi geriləyəcəyi proqnozlaşdırılır

Bakı. 7 oktyabr. REPORT.AZ/ Britaniya funt sterlinqinin ABŞ dollarına qarşı məzənnəsi tədricən azalır və ötən həftə qeydə alınan 31 illik minimal göstəricini yenidən təzələyib. 

"Report" xəbər verir ki, bu gün Asiya birjalarında USD/GBP cütlüyünün məzənnəsi 1,2481 səviyyəsindən kəskin şəkildə, təxminən 11 bənd və ya 8,8% enərək 1,1387 səviyyəsinə qədər azaldıqdan sonra hazırda 1,2465 USD/GBP səviyyəsində yer alıb. Birja treyderləri funt sterlinqin məzənnəsində yaşanan kəskin azalmanı valyuta bazarındakı aşağı likvidliklə izah ediblər.

"Report"un analitik qrupu hesab edir ki, funt sterlinqdə şok azalmanın fundamental səbəbi investorların "Brexit" səbəbindən meydana gələ biləcək riskləri mənfi qiymətləndirməsi olub. Belə ki, Britaniya ölkə iqtisadiyyatını qorumaq üçün Avropa İttifaqının ortaq bazarına tam girişdən imtina etmək niyyətini açıqlayıb. Funt sterlinqin ilin sonuna qədər 1,14 USD/GBP səviyyəsini bir daha test edəcəyi proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi