Yuxarı

BRICS ölkələrinin İnkişaf Bankı fəaliyyətə başlayıb

Ümumi kapital 10 milyard dollardır

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün səhər saatlarında BRİCS inkişaf bankının Çinin Şanxay şəhərində rəsmi açılışı baş tutub. "Report"un məlumatına görə, Bankın yaradılması barədə saziş 16 iyul 2014-cü il tarixində Braziliyanın Fortaleza şəhərində bağlanıb. Qeyd edək ki, iqtisadçılar BRİCS inkişaf bankını Beynəlxalq Valyuta Fonduna (BVF) alternativ maliyyə qurumu kimi görürlər.

BRİCS inkişaf bankı BRİCS təşkilatının Braziliya sammitindən tam 1 il sonra fəaliyyətə başlayıb. BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası (CAR) dövlətlərinin birgə yaratdıqları iqtisadi əməkdaşlıq təşkilatıdır. Təşkilatın yaratdığı bank isə BVF və Dünta Bankına alternativ olaraq üzv ölkələrdə infrastruktur və inkişaf layihələrinin maliyyələşdirilməsi ilə məşğul olacaq. Bankın ilkin nizamnamə kapitalı 100 mlrd.dollara bərabərdir.
Bu günlərdə Rusiyada keçirilən BRİCS-2015 sammitində təşkilatçı ölkələr əlavə 100 mlrd.dollar həcmində valyuta ehtiyatı yaradıblar. Bu vəsait təşkilatçı ölkələrdən hər hansı birində likvidlik problemi çıxdıqda istifadə etmək üçün nəzərdə tutulub. Paylar isə aşağıdakı kimi bölüşdürülüb: Çin - 41 mlrd., Braziliya, Hindistan və Rusiya - hərəsi 18 mlrd., CAR - 5 mlrd.dollar. Qeyd edək ki, bu vəsait əvvəlcədən ayrılmayacaq, ancaq zəruri olduğu halda təşkilatçı ölkələrin Mərkəzi Bankları yuxarıda sadalanan paylar çərçivəsində öz öhdəliklərini yerinə yetirəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi