Braziliyada təməl faiz dərəcəsi tarixi minimuma endirilib

Braziliyada təməl faiz dərəcəsi tarixi minimuma endirilib Braziliya Mərkəzi Bankı SELİC təməl faiz dərəcəsini 0,5 faiz azaldaraq tarixi minimum olan illik 4,5 faizədək endirib.
Maliyyə
12 Dekabr , 2019 14:04
Braziliyada təməl faiz dərəcəsi tarixi minimuma endirilib

Braziliya Mərkəzi Bankı SELİC təməl faiz dərəcəsini 0,5 faiz azaldaraq tarixi minimum olan illik 4,5 faizədək endirib.

“Report” xəbər verir ki, bankın iclasında sonrakı addımlar barədə konkret proqnoz verilməsə də, gələn il kreditlərin daha da ucuzlaşdırılması üçün “yolun açıq olduğu”na işarə vurulub.

Hazırda inflyasiya səviyyəsi Mərkəzi Bankın müəyyənləşdirdiyi səviyyədən aşağı düşüb, iqtisadiyyatda da müsbət meyllər gözə dəyir. Belə ki, ölkədə işsizlik səviyyəsi azalır, 2019-2020-ci illərdə ÜDM-nin artacağına dair proqnozlar verilir. Ekspertlər 2019-ci ildə orta hesabla 1,1 faizlik, 2020-ci ildə isə 2,2 faizlik iqtisadi artım gözləyirlər.

Braziliya Mərkəzi Bankının növbəti iclası 5 fevral tarixinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi