“Brand Credit” zərərdən mənfəətə keçib

“Brand Credit” zərərdən mənfəətə keçib Bakı. 14 iyun. REPORT.AZ/ “Brand Credit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 4,702 mln. manat təşkil edi...
Maliyyə
14 İyun , 2017 13:46
“Brand Credit” zərərdən mənfəətə keçib

Bakı. 14 iyun. REPORT.AZ/ “Brand Credit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 4,702 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,1% çoxdur.

“Brand Credit”in aktivlərinin 83,2%-ni və yaxud 3,914 mln. manatını müştərilərə verilmiş kreditləri təşkil edib. 2016-cı ildə BOKT-un kredit portfeli 14,2% kiçilib.

Ötən il “Brand Credit”in cəmi öhdəlikləri 0,5% azalaraq 3,989 mln. manat, o cümlədən buraxdığı borc qiymətli kağızlarının dəyəri 17,1% azalaraq 3,153 mln. manat, cəmi kapitalı isə 3,6% artaraq 713 min manat olub.

2016-cı ildə maliyyə qurumunun faiz gəlirləri 1,145 mln. manat (2015-ci ilə nisbətən 37,6% çox), faiz xərcləri 619 min manat (84,2% çox), qeyri-faiz gəlirləri 18 min manat (təxminən 5% çox), qeyri-faiz xərcləri isə 391 min manat (0,4% az) təşkil edib. Son nəticədə ötən il BOKT-un xalis əməliyyat mənfəəti 153 min manat olub. Bu, əvvəlki illə müqayisədə 7,3 dəfə çoxdur.

2016-cı ildə “Brand Credit” kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılmasına 2015-ci ilə nisbətənm 64,9% çox – 127 min manat vəsait yönəldib, cəmi 783 min manat mənfəət vergisi ödəyib. Bununla da, kredit təşkilatı ötən ili 25 min manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, “Brand Credit” 2015-ci ildən 56 min manat xalis zərərlə çıxıb. Başqa sözlə, BOKT zərərdən mənfəətə keçib.

Xatırladaq ki, "Brand Credit" MMC 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 900 min manatdır. BOKT-un təsisçiləri Niyazi Şaiq oğlu Vəliyev (47%), Şaiq Vəli oğlu Vəliyev (47%) və Şəbnəm Rafiq qızı Vəliyevadır (6%).

Son xəbərlər

Orphus sistemi