“Brand Credit”ın aktivləri 23% azalıb

“Brand Credit”ın aktivləri 23% azalıb Bakı. 10 iyul. REPORT.AZ/ “Brand Credit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 22,9% azalaraq bu il yanvarın 1-nə 3,624 mln. təşkil edib.
Maliyyə
10 İyul , 2018 13:49
“Brand Credit”ın aktivləri 23% azalıb
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ “Brand Credit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 22,9% azalaraq bu il yanvarın 1-nə 3,624 mln. təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Brand Credit”in müştərilərə verdiyi xalis kreditlər 25,8% azalaraq 2,903 mln. manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 16,8% azalaraq 3,318 mln. manat, cəmi kapitalı isə 57,1% azalaraq 306 min manat olub.

“Brand Credit” 2017-ci ili 407 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2016-cı ildən 25 min manat xalis mənfəətlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi