“Brand Credit” BOKT-nin aktivləri 20% azalıb

“Brand Credit” BOKT-nin aktivləri 20% azalıb “Brand Credit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 20% azalaraq bu il yanvarın 1-nə 2,899 milyon manat təşkil edib.
Maliyyə
26 İyun , 2019 13:58
“Brand Credit” BOKT-nin aktivləri 20% azalıb

“Brand Credit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 20% azalaraq bu il yanvarın 1-nə 2,899 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Brand Credit”in müştərilərə verdiyi xalis kreditlər isə 36,9% azalaraq 1,831 milyon manata düşüb.

Hesabat dövründə BOKT-nin cəmi öhdəlikləri 29,8% azalaraq 2,329 milyon manat, cəmi kapitalı isə 86,3% artaraq 570 min manat olub.

“Brand Credit” 2018-ci ili 77 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 407 min manat zərərlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi