Yuxarı

Qordon Birrel: "BP şirkəti vergi öhdəliklərinin yerinə yetirilməsinə daim diqqətlə yanaşır"

Azərbaycan və BP arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

Bakı. 25 noyabr. REPORT.AZ/ Vergilər Nazirliyində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellə Vergilər Nazirliyinin rəhbərliyinin görüşü keçirilib.

"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanın mövcud iqtisadi durumunda vergi orqanlarının üzərinə kifayət qədər çətin və mürəkkəb vəzifələr düşdüyü qeyd olunub. Həmçinin Azərbaycan və BP arasında əməkdaşlığın hazırkı səviyyəsi, həyata keçirilən enerji layihələri və perspektivləri, dünyanın enerji bazarındakı vəziyyət barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bildirilib ki, Vergilər Nazirliyi vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmətlərin genişləndirilməsi yolu ilə qlobal iqtisadiyyatda baş verən mənfi proseslərin Azərbaycan iqtisadiyyatına təsirini minimallaşdırmaq üçün onun fəaliyyət sahəsinə aid olan tədbirləri həyata keçirir, Azərbaycana investisiya qoyulmasında birinci olan BP şirkəti ilə əməkdaşlığa xüsusi önəm verir.

Qordon Birrel Azərbaycan iqtisadiyyatın sürətlə inkişaf etməsindən, ölkədə ən böyük xarici sərmayəçilərdən biri olan BP şirkətinin bu inkişafa öz töhfəsini verməsindən məmnunluğunu ifadə edib. O, BP şirkətinin vergi öhdəliklərinin yerinə yetirilməsinə daim diqqətlə yanaşdığını, hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən tərəfdaşlarla birgə Vergilər Nazirliyi ilə yaxşı əməkdaşlığın qurulduğunu qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi