Yuxarı
    Bağlamaq

    Böyük Britaniya bankları istehlak kreditləşməsini azaldır

    Bu, ölkədə son 9 ildə ilk dəfə baş verəcək

    Bakı. 15 aprel. REPORT.AZ/ Böyük Britaniyanın əksər bankları yaxın aylarda Brexit səbəbindən istehlak kreditləşməsini azaldacaqlar. 

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankı olan "Bank of England"ın (BoE) kredit bazarının vəziyyəti barədə yaydığı hesabatda bildirilib. 

    İngiltərə bankları 2008-ci ildən bəri ilk dəfə istehlak kreditləşməsinin azaldılmasına gedəcəklər. Hesabatda deyilir ki, kredit təşkilatları britaniyalıların alıcılıq qabiliyyətinin aşağı düşməsindən, 2017-ci ildə istehlak həcminin azalmasından və funt sterlinqin məzənnəsinin zəifləməsindən narahatdırlar. Banklar, həmçinin qeyri-müəyyənlik şəraitində şirkətlərin biznes investisiyalarının azalmasından ehtiyat edirlər. Bu da korporativ sektorun kreditləşməsində öz neqativ əksini tapacaq.

    Bununla belə, hələ ki, BoE ölkə iqtisadiyyatında vəziyyətin pisləşməsini gözləmir. Bank bu il ümumi daxili məhsulun (ÜDM) artımı üzrə proqnozunu 1,4%-dən 2%-ə çatdırıb. 2018-ci il üzrə artım proqnozu 1,6%, 2019-cu il üzrə isə 1,7%-dir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi