Yuxarı

Vergilər Nazirliyi borclu vergi ödəyicisinin əmlakını siyahıya alıb

Topdansatış obyektində olan 233 min 680 manat məbləğində müxtəlif növ divar kağızları müvafiq qaydada siyahıya alınıb

Bakı.13 may. REPORT.AZ/ Vergilər Departamentinin Bəyannamələr və vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Dərnəgül şossesi 1222, ev 12 ünvanda yerləşən Ağayev Ağa Əliəşrəf oğluna məxsus topdansatış obyektində əmlakın siyahıya alınması tədbiri keçirilib.

Vergilər Nazirliyindən "Report"a verilən məlumata görə, vergi orqanları tərəfindən ötən ilin oktyabr ayında ödəyicinin fəaliyyəti araşdırılarkən onun 3 milyon 871 min 101.14 manat vergi borcunun yarandığı müəyyən edilib, borcun ödənilməsi barədə ona bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə 2015-ci ilin may ayının 4-də əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb.

Vergi orqanı əməkdaşları tərəfindən topdansatış obyektində olan 233 min 680 manat məbləğində müxtəlif növ divar kağızları müvafiq qaydada siyahıya alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi