“Boeing” korporasiyanın səhmləri yenidən ucuzlaşıb

“Boeing” korporasiyanın səhmləri yenidən ucuzlaşıb Amerikanın “Boeing” aerokosmik korporasiyanın səhmləri NASDAQ birjasında 4,03% azalıb.
Maliyyə
22 Yanvar , 2020 07:26
“Boeing” korporasiyanın səhmləri yenidən ucuzlaşıb

Amerikanın “Boeing” aerokosmik korporasiyanın səhmləri NASDAQ birjasında 4,03% azalıb.

“Report” xəbər verir ki, buna səbəb “737 MAX” təyyarələrinin yenidən istismara qaytarılmasının gecikməsidir.

Səhmlərin azalması şirkətin əsas tədarükçülərində də müşahidə olunur. Belə ki, “General Electric” və “Spirit AeroSystems” şirkətlərinin səhmləri müvafiq olaraq 1,1% və 3,2% azalıb.

Daha əvvəl “Boeing”in “737 MAX” təyyarəsinin istehsalını dayandıracağı barədə məlumat yayılmışdı.

Xatırladaq ki, “737 MAX”ın üzləşdiyi iki qəza nəticəsində 346 nəfər dünyasını dəyişib. 2018-ci ilin oktyabrında İndoneziyada "Lion Air" şirkətinin təyyarəsi qəzaya uğrayıb, martda “Ethiopian Air” onlarla insanın ölümünə səbəb olub. 

Son xəbərlər

Orphus sistemi