“Boeing”in səhmləri sürətlə ucuzlaşır

“Boeing”in səhmləri sürətlə ucuzlaşır Martın 10-da Efiopiyada “Boeing 737 MAX 8” markalı sərnişin təyyarəsinin qəzaya uğraması, ardınca aparıcı aviaşirkətlərin bu növ təyyarələrin istismarından imtina etməsi fonunda ABŞ-ın “Boeing” korporasiyasının bazar dəyəri sürətlə azalmaqdadır.
Maliyyə
13 Mart , 2019 11:29
“Boeing”in səhmləri sürətlə ucuzlaşır

Martın 10-da Efiopiyada “Boeing 737 MAX 8” markalı sərnişin təyyarəsinin qəzaya uğraması, ardınca aparıcı aviaşirkətlərin bu növ təyyarələrin istismarından imtina etməsi fonunda ABŞ-ın “Boeing” korporasiyasının bazar dəyəri sürətlə azalmaqdadır. 

“Report” xəbər verir ki, ötən gün korporasiyanın səhmləri daha 24,6 ABŞ dolları və yaxud 6,15% ucuzlaşaraq 375,41 dollara düşüb. 

Halbuki ötən ayın sonuna qədər səhmlər sürətlə bahalaşırdı və martın 1-də qiymət pik həddə - 440,62 dollara çatmışdı. 

Son xəbərlər

Orphus sistemi