BoE uçot dərəcəsini sabit saxlayıb

BoE uçot dərəcəsini sabit saxlayıb Bank monetar ekspansiyanın da həcmini sabit saxlamaq qərarına gəlib
Maliyyə
14 Sentyabr , 2017 15:13
BoE uçot dərəcəsini sabit saxlayıb
Shutterstock.com

Bakı. 14 sentyabr. REPORT.AZ/ İngiltərə Mərkəzi Bankı (BoE) bu gün keçirdiyi iclasında monetar siyasətin əsas parametrlərini dəyişdirməmək qərarına gəlib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, BoE uçot dərəcəsini 0,25% səviyyəsində sabit saxlayıb.

Bununla yanaşı, Bank maliyyə bazarlarından aktivlərin alınması üsulu ilə monetar genişlənmənin illik həcmini dəyişdirməyərək 435 mlrd. funt sterlinq (574 mlrd. ABŞ dolları) həcmində saxlayıb.

Qeyd edək ki, BoE-nin qərarı bazar iştirakçılarının əksəriyyətinin proqnozları ilə üst-üstə düşüb.

Lakin investorların bir hissəsi Britaniyada inflyasiyanın avqust ayında artması fonunda BoE-nin monetar genişləmənin həcmini azaltmağa başlayacağını gözləyib. BoE-nin addımı funt sterlinqin məzənnəsini yüksəltməyə başlayıb və funt 0,6% bahalaşaraq 1,3290 USD/GBP səviyyəsinə yüksəlib.

Son xəbərlər

Orphus sistemi