Yuxarı
    Bağlamaq

    "BOA Kollektor Agentliyi"nin təsisçilərindən biri şirkətdəki payını satıb

    Onun payını kimə satdığı açıqlanmır

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş borcların yığılması ilə məşğul olan, 2011-ci ildə yaradılmış "BOA Kollektor Agentliyi" MMC-nin iki təsisçisindən biri payını satıb. Bu barədə "Report"a Şirkətdən bildirilib.

    Məlumata görə, söhbət "BOA Kollektor Agentliyi"ndə 50%-lik iştirak payına malik İlkin Qəriblidən gedir. Bununla belə, onun payını neçəyə və kimə satdığı açıqlanmayıb. Şirkətin digər təsisçisi isə Rüstəm Hacıyev olaraq qalmaqdadır.

    Xatırladaq ki, İlkin Qəribli "Unibank" ASC-nin 56,91%-lik səhmdarı və Bankın Müşahidə Şurasının sədri Eldar Qəribovun, Rüstəm Hacıyev isə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğludur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi