"BNP Paribas" ABŞ-da uçot dərəcəsinin sentyabrda artırılması üçün səbəbləri açıqlayıb

"BNP Paribas" ABŞ-da uçot dərəcəsinin sentyabrda artırılması üçün səbəbləri açıqlayıb Bank, investisiyaları dollara yatırmağı tövsiyyə edir
Maliyyə
1 Sentyabr , 2016 19:00
BNP Paribas ABŞ-da uçot dərəcəsinin sentyabrda artırılması üçün səbəbləri açıqlayıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Makroiqtisadi göstəricilər ABŞ Federal Ehtiyat Sisteminin (FES) sentyabr ayında uçot dərəcəsini 0,25 faiz bəndi artırmaq ehtimallarının 26 avqustdan etibarən gücləndiyini göstərir. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bu proqnozu Fransanın "BNP Paribas" bankı yayıb. Bank bildirib ki, buna səbəb FES rəhbəri Canet Yellen və müavini Stenli Fişerin faizlərin artırılması üçün inandırıcı arqumentlər irəli sürməsi olub.

"BNP Paribas" həmçinin sabah, sentyabrın 2-də ABŞ-ın əmək bazarının avqust göstəricisi açıqlanacaq ki, bu göstərici faizlərin artırılması tarixinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Bank, göstəricinin bazarın konsensus rəqəmindən artıq - 215 min nəfər təşkil edəcəyini düşünür. Belə olarsa, 3 aylıq ortalama məşğulluq göstəricisi 150 min nəfərdən 254 min nəfərə yüksələcək.

Digər səbəb isə xarici risk amillərinin azalması ilə bərabər ABŞ iqtisadiyyatının III rübdə 3% artım göstərmə ehtimalıdır. Qeyd edək ki, II rübdə ABŞ-da iqtisadi artım 1,2% təşkil edib.

Əmək bazarının gücləndiyini göstərən başqa bir amil də avqustun 30-da ABŞ-da istehlakçı etimadı indeksinin proqnozlaşdırılan 97 bənd əvəzində 101,1 bənd olmasıdır. Belə ki, bu göstərici əmək bazarının differensiallaşdırılmış indeksinin 2008-ci ilin yanvarından etibarən ən yüksək həddə çatdığını göstərir. Bu da, sabah açıqlanacaq əmək bazarı göstəricisinin güclü olacağına işarə edir.

Qeyd edək ki, maliyyə bazarları hələ də sentyabrda uçot dərəcəsinin artırılması ehtimalını 36% səviyyəsində qiymətləndirir. Bazarlar sentyabr artımına şübhə ilə yanaşır. "BNP Paribas" isə dollara investisiya etməyi məsləhət görür.

Son xəbərlər

Orphus sistemi