"​Bloomberg" Rusiya Mərkəzi Bankının intervensiyaya başlama vaxtını açıqlayıb

"​Bloomberg" Rusiya Mərkəzi Bankının intervensiyaya başlama vaxtını açıqlayıb Rusiyaya qonşu ölkələrdə yumşaq devalvasiya prosesi davam edəcək
Maliyyə
20 Yanvar , 2016 12:13
​Bloomberg Rusiya Mərkəzi Bankının intervensiyaya başlama vaxtını açıqlayıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı rublun ucuzlaşması prosesinin sürətlənəcəyi halda intervensiyaya başlamağa məcbur olacaq. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Agentliyin iqtisadi analitiklər arasında keçirdiyi sorğuda dolların məzənnəsinin 90 rubl həddini keçməsi halında intervensiyalara start veriləcəyi bildirilib. Belə ki, iqtisadçıların 15-i məzənnənin 90 RUB/USD, 2-si isə 80 RUB/USD həddini keçdikdə Mərkəzi Bankın intervensiyaya başlayacağını düşünürlər.

"Rabobank"ın (Hollandiya) valyuta üzrə strateji analitiki Petr Matisə görə, 80 RUB/USD səviyyəsindən yuxarıda şifahi intervensiya xəbərləri, daha sonra birbaşa intervensiyalar başlaya bilər. P.Matis 80 RUB/USD həddinin psixoloji önəm daşıdığını bildirib.

Rusiya "Sberbank"ından gələn hesabata əsasən, intervensiyanın 15-25 dollar/barel intervalında başlayacağı proqnozlaşdırılır.

Rusiya Mərkəzi Bankı rublun zəifləməsinin sürətlənəcəyi təqdirdə uçot dərəcəsinin artırılmasını qərara ala biləcəyini açıqlayıb.

Hazırda dolların bazar məzənnəsi 79,5 RUB/USD-yə bərabərdir. Rublun zəifləməsi Rusiya ilə ticarət münasibətləri olan bütün ölkələrin milli valyutasına mənfi təsir göstərəcək. Azərbaycan manatının da yumşaq devalvasiya prosesinin davam etməsi istisna olunmur.

Son xəbərlər

Orphus sistemi