"Bloomberg": FED bu il 2 dəfə faizləri artıracaq

"Bloomberg": FED bu il 2 dəfə faizləri artıracaq Uçot dərəcəsi FED-in iyun və sentyabr iclaslarında artırılacaq
Maliyyə
12 İyun , 2017 11:21
Bloomberg: FED bu il 2 dəfə faizləri artıracaq

Bakı. 12 iyun. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sistemi (FED) bu il uçot dərəcəsini 2 dəfə artıracaq və inflyasiya gözləntilərində azalma müşahidə edilməsinə baxmayaraq, ilin sonuna qədər balansını kiçiltməyə başlayacaq. "Report" xəbər verir ki, bu proqnoz "Bloomberg" agentliyinin 49 iqtisadçı arasında apardığı sorğunun nəticələri əsasında ortaya çıxıb.

İyunun 5-8-də aparılan sorğuya əsasən, FED iyunun 14-dəki iclasında və sentyabr iclasında faizləri artıracaq. Qeyd edək ki, iqtisadçıların bundan əvvəlki təhlilləri FED-in faizləri iyun və dekabrda artıracağını göstərib.

Fransanın "Societe Generale" bankının ABŞ-dakı nümayəndəliyindən iqtisadçı Ömər Şərif (Omair Sharif) bildirib ki, inflyasiyada yavaşlama var və bu hədəfə nail olmamağa səbəb ola bilər: "FED daha diqqətli olmalıdır". 

Son xəbərlər

Orphus sistemi