​"Bloomberg": Dövlət şirkətlərinin borcu Rusiyanı batıra bilər

​"Bloomberg": Dövlət şirkətlərinin borcu Rusiyanı batıra bilər "2026-ci ilə qədər dövlət şirkətləri 435 mlrd. borc ödəməlidir"
Maliyyə
5 May , 2016 19:32
​Bloomberg: Dövlət şirkətlərinin borcu Rusiyanı batıra bilər

Bakı. 5 may. REPORT.AZ/ Rusiya da daxil olmaqla, inkişaf etmiş ölkələrdə dövlətə aid şirkətlərin yüksək həcmdə borcları bu ölkələrin suveren reytinqlərinin aşağı salınmasına və ümumiyyətlə, iflas etməsinə gətirib çıxara bilər. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı "S&P" beynəlxalq reytinq agentliyi yayıb. Hesabatda bildirilib ki, bir çox inkişaf etməkdə olan ölkə öz dövlət şirkətlərinin borcu üzündən büdcə riskləri ilə üzləşə bilər.

Agentlik həmçinin qeyd edib ki, 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrin dövlət şirkətləri istiqrazlar üzrə 180 mlrd. dollar borc ödəməlidirlər. Həmçinin hesabatda bu şirkətlərin 2026-cı ilə qədər məcmu borclarının 435 mlrd. dollar olduğu bildirilib. Beynəlxalq Valyuta Fondu neft qiymətlərinin kəskin azalması fonunda inkişaf etməkdə olan ölkələrin dövlət şirkətlərinin borclarının daha da artacağını xatırladıb.

"S&P"ə görə, bu ölkələr arasında  Rusiyanın "Qazprom" şirkətinin də yer aldığı ilk 5 ən borclu şirkətin öhdəliklərinin məcmu borclarda xüsusi çəkisi 25% təşkil edir.

Qeyd edək ki, Azərbaycanın dövlət şirkətlərinin və hökumətin birbaşa öhdəliklərinin 2016-cı il yanvarın 1-nə borcu 7 mlrd. dollara yaxın olub. 

Son xəbərlər

Orphus sistemi