Bitkoinin ucuzlaşmasının səbəbləri açıqlanıb

Bitkoinin ucuzlaşmasının səbəbləri açıqlanıb Bakı. 2 aprel. REPORT.AZ/ Dünyanın aparıcı rəqəmsal valyutalarından sayılan bitkoinin bu ilin əvvəlindən ucuzlaşmasının səbəbləri açıqlanıb.
Maliyyə
2 Aprel , 2018 15:52
Bitkoinin ucuzlaşmasının səbəbləri açıqlanıb

Bakı. 2 aprel. REPORT.AZ/ Dünyanın aparıcı rəqəmsal valyutalarından sayılan bitkoinin bu ilin əvvəlindən ucuzlaşmasının səbəbləri açıqlanıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, qiymət azalmasına, əsasən, 5 amil təsir edib: 

1) ICO (Initial Coin Offering - ilkin valyuta təklifi) sahəsində fəallığın aşağı düşməsi;

2) “Facebook” və “Alphabet”in ICO-nu reklam edən onlayn elanların yerləşdirilməsinə qadağa qoyması;

3) Bazar iştirakçıları bitkoinin ucuzlaşması ilə bağlı mərc gələ bilməsi. Belə ki, dekabrda "Cboe Global Markets İnc." və "CME Group Inc." kimi nəhəng birja operatorları bitkoinlə fyuçers əməliyyatlarına xidmət etməyə başlayıb. Nəticədə ilk dəfə olaraq iri ticarət platformalarında bitkoinin ucuzlaşmasına oynamaq mümkün olub. 

4) Xaker hücumlarına qarşı təhlükəsizlik probleminin həll edilməməsi;

5) Bitkoinlə əməliyyatlarda fəallığın azalması. Əgər ötən ilin IV rübündə bitkoinlə tranzaksiyaların sayı 400 mini keçirdisə, bu ilin I rübündə bu göstərici 200 min ətrafında olub. 

Son xəbərlər

Orphus sistemi