Yuxarı
    Bağlamaq

    Bitkoinin qiyməti tarixi rekord həddə çatıb

    Martda bitkoin indeksinə əsaslanan qiymətli kağızların tədavülünə razılıq verilə bilər

    Bakı. 24 fevral. REPORT.AZ/ Bitkoinin qiyməti bu gün səhər saatlarında 1 215,80 ABŞ dollarına yüksələrək tarixi rekord həddə çatıb. 

    "Report" xəbər verir ki, buna treyderlərin nikbin gözləntiləri səbəb olub. 

    Xatırladaq ki, bitkoinin qiymətinin bundan əvvəlki rekord səviyyəsi 2013-cü il dekabrın ilk həftəsində (1 200 dollar) qeydə alınıb. Mart ayının 11-də ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə Komissiyası (SEC) dünyada ilk dəfə bitkoin indeksinə əsaslanan qiymətli kağızların tədavülünə razılıq verə bilər.

    Bildirək ki, 25 aprel 2010-cu ildə ilk rəsmi bitkoin satışı həyata keçirilib - 1 000 bitkoin 0,3 sentə dəyişdirilib. Yalnız 2011-ci ilin fevralında bitkoin dollarla paritetə çatıb və artıq 2011-ci il iyunun 9-da məzənnə 29,57 dollar/bitkoina yüksəlib. Daha sonra 2 dollara qədər ensə də, 2013-cü ilin aprelində 266 dollara qədər bahalaşan bitkoin sonra yenidən 50 dollara qədər ucuzlaşıb. Həmin ilin dekarında isə bitkoinin məzənnəsi 1 200 dollara kimi yüksəlib və 2015-ci ilin yanvarında yenidən 200 dollara enib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi