Yuxarı
    Bağlamaq

    Bitkoinin qiyməti bu il 2 dəfə artıb

    Bahalaşmaya səbəb isə Çin və Hindistan investorları olub

    Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün, dekabrın 22-də rəqəmsal valyuta - bitkoinin qiyməti son iki ilin maksimal həddinə çataraq 857 dollara yüksəlib. 

    "Report"un "İnvesting.ru" saytına istinadən verdiyi xəbərə görə, sonuncu dəfə bitkoin 2014-cü il yanvarın 12-də bu qiymətə satılıb.

    İlin əvvəlindən isə bitkoinin qiyməti 2 dəfə artım göstərib. Dekabr ayı ərzində bitkoin 18% bahalaşıb. Bitkoinin bahalaşmasına səbəb Hindistan və Çin tərəfindən tələbin artması olub. Belə ki, bu ölkələrdə investorlar yerli valyutaların devalvasiyası və pul vəsaitlərinin qıtlığı səbəbindən alternativ maliyyə alətləri axtarmağa başlayıblar. ABŞ və Avropada da investorların bitkoinə marağı dünya iqtisadiyyatındakı problemlər səbəbindən yüksək olub.

    Qeyd edək ki, bitkoin mərkəzləşdirilmiş elektron ödəniş sistemi vasitəsi olub, heç bir ölkə və ya mərkəzi bank tərəfindən tənzimlənmir. Bitkoin istənilən mal və xidmətin ödənişində istifadə oluna bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi