Bitkoinin qiyməti 9 000 dollardan aşağı düşüb

Bitkoinin qiyməti 9 000 dollardan aşağı düşüb Proqnoz: Kriptovalyuta bazarında qiymətlərin yenidən artacağı proqnozlaşdırılır
Maliyyə
2 Fevral , 2018 09:41
Bitkoinin qiyməti 9 000 dollardan aşağı düşüb
Sputnik/ Vladimir Astapkovich

Bakı. 2 fevral. REPORT.AZ/ Bitkoinin qiyməti bu gün, noyabrın 25-dən sonrakı ən minimal səviyyəsi olan 8 690 dollaradək geriləyib. 

"Report" xəbər verir ki, bununla da bitkoin tarixi rekord səviyyəsi - 20 078 dollardan 56,7% aşağı düşüb. Xatırladaq ki, bitkoin tarixi rekord qiymətə dekabrın 17-də satılıb.

Bitkoinlə yanaşı, digər kriptovalyutalar da sərt satışla üzləşib. Kapitallaşmasına görə bitkoindən sonra ikinci sırada qərarlaşan "Ethereum" 1 000 dollardan, üçüncü sırada olan "Ripple" isə 0,9 dollardan aşağı satılmağa başlayıb.

Kriptovalyuta bazarının kapitallaşması isə 420 mlrd. dollara qədər geriləyib. Bu da 2018-ci ilin ən minimal səviyyəsi olmaqla bərabər, dekabrın 11-dən sonra ən aşağı göstəricidir.

"Report"un analitik qrupu kriptovalyuta bazarının daha 10-15% ucuzlaşdıqdan sonra yenidən yüksəlməyə başlayacağını proqnozlaşdırır.  

Son xəbərlər

Orphus sistemi