Bitkoinin qiyməti 8000 dolları ötüb

Bitkoinin qiyməti 8000 dolları ötüb Son iki həftədə BTC 1000 dollar bahalaşıb
Maliyyə
17 Noyabr , 2017 09:53
Bitkoinin qiyməti 8000 dolları ötüb
Sputnik/ Vladimir Astapkovich

Bakı. 17 noyabr. REPORT.AZ/ Virtual kriptovalyuta "Bitcoin"in (BTC) qiyməti bu gün Asiya bazarlarında keçirilən hərraclarda 8 000 ABŞ dolları səviyyəsini ötərək tarixi rekordunu yeniləyib.

"Report" xəbər verir ki, bununla da bitkoinin dəyəri ilin əvvəlindən 8 dəfə artım göstərib.

BTC barədə müxtəlif fikirlərin səsləndirilməsinə baxmayaraq, onun qiyməti artmağa davam edir. Qeyd edək ki, BTC noyabrın 1-də 7 000 dollar səviyyəsini ötmüşdü.

"Standpoint Research" investisiya şirkətinin qurucusu Ronni Moas (Ronnie Moas) "CNBC" telekanalına müsahibəsində bitkoinin yaxın 10 ildə 50 min dolları ötəcəyini bildirib.

Moasın sözlərinə görə, yaxın 10 ildə 200 mln. insanın cəmi 21 mln. ədəd olan bitkoinə tələbatı təklifi xeyli üstələyəcək.

Son xəbərlər

Orphus sistemi