Bitkoinin qiyməti 8 000 dollardan da aşağı düşüb

Bitkoinin qiyməti 8 000 dollardan da aşağı düşüb Qiymətlərin tədricən yüksələcəyi gözlənilir
Maliyyə
2 Fevral , 2018 17:32
Bitkoinin qiyməti 8 000 dollardan da aşağı düşüb
George Frey/Getty Images

Bakı. 2 fevral. REPORT.AZ/ "Bitcoin"in qiyməti hazırda 8 000 dollardan aşağı düşüb.

"Report" xəbər verir ki, hazırda bitkoin 7 800 dollara satılır. Kriptovalyuta bazarında kəskinləşən satışlar bazarın kapitallaşmasının da 348 mlrd. dollara geriləməsinə səbəb olub.

Bununla da bitkoin tarixi rekord səviyyədən 2,6 dəfə ucuzlaşıb. Kriptovalyuta bazarının kapitallaşması isə 2,4 dəfə aşağı düşüb. Qeyd edək ki, bu qiymət bitkoinin 2017-ci il noyabrın 19-dan sonra gördüyü ən aşağı səviyyədir. Xatırladaq ki, kapitallaşmasına görə ikinci sırada olan "Ethereum" 750 dollara, "Ripple" isə 0,63 dollara satılır.

"Report"un analitik qrupu bazarın kapitallaşmasının 300 mlrd. dollardan aşağı enməyəcəyini və qiymətlərin bu səviyyələrdən tədricən yüksələcəyini ehtimal edir. 

Son xəbərlər

Orphus sistemi