Bitkoinin qiyməti 2017-ci ilin oktyabrından bəri minimuma enib

Bitkoinin qiyməti 2017-ci ilin oktyabrından bəri minimuma enib Bakı. 15 noyabr. REPORT.AZ/ Bitkoinin (Bitcoin) qiyməti 10%-dən çox azalaraq 2017-ci ilin oktyabr ayından bəri minimuma enib.
Maliyyə
15 Noyabr , 2018 12:06
Bitkoinin qiyməti 2017-ci ilin oktyabrından bəri minimuma enib

Bakı. 15 noyabr. REPORT.AZ/ Bitkoinin (Bitcoin) qiyməti 10%-dən çox azalaraq 2017-ci ilin oktyabr ayından bəri minimuma enib.

"Report" xəbər verir ki, hərracların məlumatlarına əsasən, iri altkoinlər də 20%-ə qədər dəyər itirib.

İyirmidən çox birja üzrə orta qiyməti hesablayan "CoinMarketCap" portalının məlumatına görə, bitkoin 11,52% azalaraq 5,623 min dollara çatıb. Həcmcə ən iri kriptovalyuta birjası olan "Binance" birjasında bitkoin 11,86% dəyər itirib və 5,705 min dollaradək azalıb.

Digər populyar kriptovalyutalar daha çox - "Ethereum" - 14,33%, 176,97 dollara qədər, "Ripple" - 10,28%, 0,4565 dollara qədər, "Bitcoin Cash" - 18,04%, 428,77 dollara qədər ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi