Bitkoinin məzənnəsi ucuzlaşır

Bitkoinin məzənnəsi ucuzlaşır Bitkoin tarixi maksimumdan 40%, ethereum 60% geriləyib
Maliyyə
17 İyul , 2017 20:16
Bitkoinin məzənnəsi ucuzlaşır

Bakı. 17 iyul. REPORT.AZ/ Virtual kriptovalyuta olan bitkoinin məzənnəsi ucuzlaşmağa davam edir.

"Report" xəbər verir ki, bu ilin iyun ayının 12-də tarixi rekord hədd sayılan 3000 dollara qədər yüksələn bitkoinin məzənnəsi dünən bu səviyyədən 41% ucuzlaşaraq 1759 dollara qədər geriləyib.

Bitkoinlə yanaşı, digər önəmli virtual kriptovalyuta olan ethereumun da məzənnəsi dünən 155 dollara düşüb. Bu da ethereumun iyunun 13-də satıldığı tarixi maksimal hədd olan 395 dollar səviyyəsindən 60% aşağıdır.

"CoinDesk" xəbər və araşdırma saytının məlumatına görə, virtual valyutalar hər nə qədər də potensial imkanlar yaratsa da, bu maliyyə alətləri spekulyativ qalmağa davam edir. Virtual kriptovalyutalar bazarı saytın məlumatına görə, tam effektiv və likvid deyil. Bu da nəticədə sərt dalğalanmalara səbəb olur. 

Son xəbərlər

Orphus sistemi