Bitkoinin məzənnəsi tarixi maksimumunu yeniləyib

Bitkoinin məzənnəsi tarixi maksimumunu yeniləyib Virtual kriptovalyutanın qiyməti 7,8 min dollar həddini ötüb
Maliyyə
9 Noyabr , 2017 06:33
Bitkoinin məzənnəsi tarixi maksimumunu yeniləyib

Bakı. 9 noyabr. REPORT.AZ/ Qlobal bazarda aparacı virtual kriptovalyuta sayılan bitkoinin qiyməti 7,8 min ABŞ dolları həddini ötüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, virtual kriptovalyuta üçün yeni rekord sayılır.

Məzənnə artımı valyutanın proqram şifrəsinə dəyişikliklərdən imtina edilməsi barədə yayılan xəbərlər fonunda baş verib.

İstehsalçılar bitkoin blokunun ölçüsünü 2MB-ya qədər artırmağı planlaşdırırdılar, lakin onlar bu fikirlərindən imtina etdilər. Çünki bu, ictimaiyyəti iki hissəyə ayıra və kriptovalyutanın artımı üçün maneə ola bilər.

Bu xəbərlər fonunda bitkoinin məzənnəsi 7,89 min dollar həddinə çataraq tarixi maksimumunu yeniləyib.

Hazırda dünyanın ən məşhur kriptovalyutasına kapital yatırımı 124 milyard dollara çatıb.

Son xəbərlər

Orphus sistemi