Bitkoinin məzənnəsi 3 illik maksimuma çatıb

Bitkoinin məzənnəsi 3 illik maksimuma çatıb Yuanın ucuzlaşması investorları anternativ əmanət məhsulu kimi bitkoini seçməyə həvəsləndirir
Maliyyə
13 Dekabr , 2016 16:41
Bitkoinin məzənnəsi 3 illik maksimuma çatıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Ən populyar kriptovalyuta - bitkoinin məzənnəsi təxminən 3 illik maksimuma çatıb. Asiya ticarət birjalarında bitkoin 2014-cü il fevralın 6-dan etibarən indiyədək maksimal səviyyə - 788,49 dollara yüksəlib.

"Report"un dünya mətbuatına istinadən verdiyi xəbərə görə, bitkoinlərlə mübadilədə dünya lideri olan Çin birjasında virtual valyutanın qiyməti 789,23 dollara çatıb.

Bildirilir ki, yuanın ucuzlaşması investorları anternativ əmanət məhsulu kimi bitkoini seçməyə həvəsləndirir.

Son xəbərlər

Orphus sistemi