Bitkoinin məzənnəsi 20 min dolları ötüb

Bitkoinin məzənnəsi 20 min dolları ötüb Bu kriptovalyutaya kapital yatırımı 333 mlrd. dolları keçib
Maliyyə
17 Dekabr , 2017 16:24
Bitkoinin məzənnəsi 20 min dolları ötüb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bazar günü keçirilən hərraclar zamanı bitkoinin məzənnəsi yeni tarixi maksimuma çatıb.

“Report” xəbər verir ki, "Bithumb", BTCC və "bitflyer" birjalarında keçirilən hərracların nəticələrinə görə, dünyanın ən məşhur kriptovalyutasına görə 20 min dollardan çox vəsait təklif olunub.

Kriptovalyutaya kapital yatırımı 333 mlrd. dolları ötüb. Eyni zamanda, bütün kriptovalyutalara ümumi kapital yatırımı 601 mlrd. Dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi