Bitkoinin məzənnəsi 13,96 min dollara qədər aşağı düşüb

Bitkoinin məzənnəsi 13,96 min dollara qədər aşağı düşüb Son 24 saat ərzində kriptovalyuta təqribən 12 faiz ucuzlaşıb
Maliyyə
10 Dekabr , 2017 13:58
Bitkoinin məzənnəsi 13,96 min dollara qədər aşağı düşüb

Bakı. 10 dekabr. REPORT.AZ/ Son 24 saat ərzində "Coinmarketcap" birjasında bitkoinin məzənnəsi 11,9 faiz aşağı düşüb və Bakı vaxtı ilə 11:30-a olan vəziyyətə görə, kriptovalyuta 13,96 min dollara ticarət olunur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hərracın nəticələri deməyə əsas verir.

Bununla belə, dekabrın 8-də kriptovalyuta tarixi maksimumunu müəyyən edərək 23 faiz bahalaşıb və 18 min dollar həddini aşıb.

Son xəbərlər

Orphus sistemi