Yuxarı
    Bağlamaq

    Bitkoinin kəskin ucuzlaşmasının əsas səbəbləri açıqlanıb

    Bitkoinə nəzarət gücləndiriləcək

    Bakı. 16 iyun. REPORT.AZ/ Bitkoinin qiyməti son bir həftə ərzində tarixi rekord səviyyə - 3 000 dollara çatdıqdan sonra 30%-dən çox ucuzlaşaraq 2 050 dollara qədər geriləyib. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bitkoinin qiymətinin düşməsinə 3 əsas amil səbəb olub. Bunlardan birincisi, "CNBC" agentliyinin yaydığı məlumata görə, həftə ərzində bir neçə iri kriptovalyuta birjalarına edilən xaker hücumlarıdır. Belə ki, ən böyük birjalardan olan "Bitfinex", ona edilən "DDOS" hücumları barədə məlumat yayıb.

    Digər bir səbəb avqust ayının 1-də bitkoin platformasında "BIP148" protokolunun yaxşılaşdırılması (upgrade) keçiriləcək. Bu proses bitkoinin artan populyarlığına uyğunlaşmasını, komissiyaların azaldılmasını, tranzaksiyaların sürətlənməsini təmin edəcək. Amma, qeyd olunur ki, bütün "upgrade" əməliyyatları kimi bunun da müəyyən riskləri olduğu məlumdur. Bu səbəbdən investorlar risklərini azaltmaq üçün satışa başlayıblar.

    Bitkoinin ucuzlaşmasının son səbəbi kimi isə, amerikalı senatorların 10 000 dollar ekvivalentində elektron cüzdanları, əvvəlcədən ödəniş edilən mobil telefonları və digər "elektron valyuta saxlanan" subyektlərə dair  tənzimləyici qanun layihəsi hazırlaması amilidir. Bu qanunun təsdiq olunacağı təqdirdə ABŞ ərazisinə daxil olacaq insanlar öz kriptovalyuta ehtiyatları və tranzaksiyaları barədə məlumat verməyə məcbur olacaqlar. Bu da öz növbəsində anonim ödəniş sistemi kimi bitkoinlərin cazibədarlığını aşağı salacaq. Bu tip qanunların Cənubi Koreya və Yaponiya kimi ölkələrdə də qəbul edilmısi gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi