Bitkoin və digər virtual kriptovalyutalar kəskin ucuzlaşıb

Bitkoin və digər virtual kriptovalyutalar kəskin ucuzlaşıb Buna səbəb Çin Mərkəzi Bankının kriptovalyutaların ilkin bazarda emissiyasını qadağan etməsidir
Maliyyə
5 Sentyabr , 2017 10:42
Bitkoin və digər virtual kriptovalyutalar kəskin ucuzlaşıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bitkoin və digər virtual kriptovalyutalar Çinin kriptovalyutaların ilkin bazarda emissiyasını (ICO-İnitial Coin Offering) qadağan etməsi ilə bağlı qərarından sonra kəskin ucuzlaşıb. 

"Report" xəbər verir ki, Çin Mərkəzi Bankı (PBOC) ICO əməliyyatlarını qanunsuz hesab edib və buna son qoyulmasını, təşəbbüskarların cəzalandırılmasını tələb edib.

Qurumda hesab edirlər ki, ICO qanunsuz vəsait toplamağa əsas yaradır. PBOC bu günə qədər toplanmış vəsaitləri investorlara geri qaytarılmasını tələb edib. Son nəticədə kriptovalyuta satışına vasitəçilik edən "ICOage" və "ICO.info" platformaları fəaliyyətini dayandırıb. Bundan sonra bitkoinin qiyməti 4 912 dollardan 3 969 dollara geriləyib, digər kriptovalyuta "etherium"un qiyməti isə 395 dollardan 275 dollara düşüb. 

Son xəbərlər

Orphus sistemi