​Bitkoin rəsmən xammal elan olunub

​Bitkoin rəsmən xammal elan olunub Bəzi dövlətlərsə onun əmlak kimi qəbul olunmasını qadağan edir
Maliyyə
19 Sentyabr , 2015 13:15
​Bitkoin rəsmən xammal elan olunub

Bakı. 19 sentyabr. REPORT.AZ/ Virtual pul kimi qəbul olunan bitkoin artıq rəsmən neft və ya buğda kimi əmtəə formasında tanınıb. Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) öz platformasında bitkoinlə opsiyon ticarətinin aparılmasını dəstəkləyib. Bununla da CFTC tərəfindən yayılan rəsmi məlumatda bitkoin əmtəə kimi tanınıb.

"Report"un məlumatına görə, investorlar bitkoinin əmtəə kimi tanınmasını müzakirə edərkən CFTC kriptovalyutanı öz qanunları çərçivəsinə salıb və bunun nəticələri çox müxtəlif ola bilər.

Oksford İnternet İnstitutu Elmi Şurasının analitiki Vili Lehdonvirta ABŞ-ın bitkoini əmtəə, İngiltərənin isə valyuta kimi qəbul etdiyini bildirib. Yaponiya isə bitkoinin əmlak kimi qəbul edilməsini qanunla qadağan edib. O, bitkoinin vahid bir maliyyə aləti kimi dünya miqyasında qəbul edilməsinin zəruriliyini vurğulayıb.

"IceCUBED Bitkoin" ticarət şirkətinin qurucularından biri olan Qaret Qrobler (Gareth Grobler) bildirib ki, bitkoin valyuta kimi qəbul edilərsə, o zaman ofşor qanunlarına riayət edilməlidir: "Lakin hamı bilməlidir ki, bitkoin bəzən valyuta, bəzən əmtəə, bəzən də texnologiya kimi istifadə olunur".

"Coinfloor Bitkoin" ticarət şirkətinin baş meneceri Mark Lamb isə qeyd edib ki, maliyyə bazarının tənzimləyiciləri öz aralarında məsələni müzakirə edərək razılığa gəlməlidir.

Son xəbərlər

Orphus sistemi