Bitkoin bir neçə saat ərzində 20 faiz ucuzlaşıb

Bitkoin bir neçə saat ərzində 20 faiz ucuzlaşıb Hazırda onun məzənnəsi 10,3 min dollardan yuxarıdır
Maliyyə
30 Noyabr , 2017 07:51
Bitkoin bir neçə saat ərzində 20 faiz ucuzlaşıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Bitkoinin məzənnəsi 11,4 dollar göstəricisini ötdükdən bir neçə saat sonra 20 faizə yaxın ucuzlaşıb.

“Report” xəbər verir ki, bu barədə "CoinDesk" portalının məlumatında qeyd olunur.

Kriptovalyuta Bakı vaxtı ilə 22:30-da 10 min dollardan yuxarı satılırdı, lakin ardınca onun qiyməti bir saat sonra ilkin maksimumundan 18 faiz aşağı düşərək 9,29 min dollar təşkil edib.

Bir müddət sonra kriptovalyuta yenidən bahalaşıb. Hazırda onun məzənnəsi 10,3 min dollardan yuxarıdır.

Son xəbərlər

Orphus sistemi