Bitkoin bahalaşmağa başlayıb

Bitkoin bahalaşmağa başlayıb Analitiklər bu prosesin qısamüddətli olacağı qənaətindədirlər
Maliyyə
4 Aprel , 2018 11:54
Bitkoin bahalaşmağa başlayıb
AFP 2017/ Karen Bleier

Bakı. 4 aprel. REPORT.AZ/ Dünyanın aparıcı kriptovalyutalarından sayılan bitkoinin qiymətindəki artım tempi onun haqqında yayılmış mənfi xəbərlərin fonunda zəifləyib. 

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, bu gün səhər saatlarında bitkoinin dəyəri cəmi 0,1-0,2% artaraq 7 370 ABŞ dollarına, onun nağd formasının ("Bitcoin cash") qiyməti isə 0,9% artaraq 694 dollara çatıb. 

Digər kriptovalyutalar da bahalaşmaqdadır. Belə ki, "Ethereum"un qiyməti 2,1% artaraq 405 dollar, "Ripple"in qiyməti 5% artaraq 0,54 dollar olub. 

Hazırda kriptovalyuta bazarının kapitallaşması 276,3 mlrd. dollar təşkil edir. Bunun 45%-i bitkoinin payına düşür. 

Qeyd edək ki, ötən həftənin sonuna 6 500 dollara qədər ucuzlaşmış bitkoin bu həftənin əvvəlindən yenidən bahalaşmağa başlayıb və onun qiyməti 7 min dolları keçib. 

Rusiya İqtisad Universitetinin maliyyə menecmenti kafedrasının professoru Konstantin Ordov bildirib ki, kriptovalyutaların dəyərindəki artım qısamüddətlidir və onlar tədricən yenidən ucuzlaşacaq: “Bitkoin kotirovkaları bir həftədə 8,2 min dollardan 7,8-8 min dollara düşdü. Bu səviyyəni test edən bitkoinin qiyməti yaxın günlərdə 6,7 min dollara enə bilər”. 

İngilis versiyası Bitcoin starts to rise again

Son xəbərlər

Orphus sistemi