Bitkoin 14 000 dollar həddini də keçib

Bitkoin 14 000 dollar həddini də keçib Bakı. 7 dekabr. REPORT.AZ/ Bitkoin virtual kriptovalyutanın qiyməti 14 133 dollara yüksələrək tarixi rekordunu yeniləyib. Bununla da, bitkoinin kapitallaşması 297 mlrd. dollara çatıb.
Maliyyə
7 Dekabr , 2017 10:06
Bitkoin 14 000 dollar həddini də keçib
Sputnik/ Vladimir Astapkovich

Bakı. 7 dekabr. REPORT.AZ/ Bitkoin virtual kriptovalyutanın qiyməti 14 133 dollara yüksələrək tarixi rekordunu yeniləyib. Bununla da, bitkoinin kapitallaşması 297 mlrd. dollara çatıb.

"Report" xəbər verir ki, bununla da bitkoin ilin əvvəlindən 14 dəfədən çox bahalaşıb.

Bitkoinin bahalaşmasına səbəb kimi bu kriptovalyutanın dekabrın 18-dən təşkilatlanmış kapital bazarlarında tədavülə başlaması amili göstərilir. Belə ki, bitkoinlə ABŞ-ın CME və CBOE birjalarında fyuçers əməliyyatlarına start veriləcək. Bu da bitkoinin qiymətində volatilliyi aradan qaldıracaq.

"Report"un analitik qrupu bitkoinin dekabrın 18-dək öz potensial qiymətini tapacağını bildirir.

Son xəbərlər

Orphus sistemi