Yuxarı
    Bağlamaq

    Birləşmiş Ərəb Əmirliklərinin ən böyük bankı fəaliyyətə başlayıb

    National Bank of Abu-Dhabi və First Gulf Bankın birləşməsi prosesi başa çatıb© Courtesy İmage

    Bakı. 3 aprel. REPORT.AZ/ Abu-Dabi Milli Bankı (National Bank of Abu-Dhabi) və "First Gulf Bank"ın konsolidasiya əməliyyatı sona çatıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, birləşmə nəticəsində BƏƏ-nin 180 mlrd. ABŞ dolları həcmində kapitala sahib olan ən böyük bankı yaranıb. Bankın adı isə "First Abu-Dhabi Bank" olub. 

    Agentlik xəbər verir ki, dünya neft ehtiyatlarının 6%-nə sahib olan Abu-Dabi əmirliyi adı çəkilən iki bankın birləşməsi nəticəsində əmələ gələn bankın rəqabət gücünün artacağını bildirib. Neft qiymətlərinin azalması fonunda yeni yaranan bankın kreditləşmə əməliyyatlarını inkişaf etdirmək və biznesin maliyyələşməsini təmin etmək prioritet vəzifə kimi səsləndirilib. 

    Qeyd edək ki, BƏƏ-nin maliyyə sektorunda hazırda 50-ə yaxın kredit təşkilatı fəaliyyət göstərir. Əhalinin sayı isə 9 mln. nəfərə bərabərdir ki, bu da ölkənin maliyyə sektorunda ciddi rəqabət mühiti yaradıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi