"BirKart" sahiblərinə "Şəxsi kabinet" təqdim edilib

"BirKart" sahiblərinə "Şəxsi kabinet" təqdim edilib "BirKart" özündə kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını birləşdirir
Maliyyə
18 Avqust , 2016 11:56
BirKart sahiblərinə Şəxsi kabinet təqdim edilib

Bakı. 18 avqust. REPORT.AZ/ “Kapital Bank” ASC-nin “BirKart” sahibləri üçün “Şəxsi kabinet” bölməsi istifadəyə verilib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

“Şəxsi kabinet”ə daxil olmaq üçün müştərilər www.birkart.az saytının sağ-yuxarı küncündə olan müvafiq bölməni seçib, CİF kod və ya kartın son 8 rəqəmi, həmçinin doğum tarixini daxil etməlidirlər.

“Şəxsi kabinet”də "BirKart" sahibləri balansları haqqında məlumat, ödəniş məbləğləri və tarixləri, borcun hesablanması, taksit qrafiki, “BirKart” depozit hesabında olan məbləğ və bonuslar kimi məlumatları əldə edə bilərlər. “Şəxsi kabinet” vasitəsilə həmçinin “BirKart” üzrə borcları da onlayn ödəmək mümkündür.

Qeyd edək ki, “BirKart” özündə kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını birləşdirir.

“BirKart” rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. "Visa Classic", "Visa Gold" və "Visa Platinum" əsasında olan “BirKart” 36 ay müddətə verilir, balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 min manatadək ola bilər. Kartdan nağdsız xərclənən məbləği, 40 günədək faizsiz güzəşt müddəti ilə, Bankın tərəfdaş şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə taksitlə ödəmək olar.

“BirKart”dan məbləğin həmçinin bankomatlarından nağd çıxarılması da mümkündür. “BirKart”dan kredit qismində xərclənən vəsait məvacib, təqaüd və ya müştərinin mədaxil etdiyi məbləğdən silinə bilər. Bundan başqa, “BirKart”a müştərinin yerləşdirdiyi şəxsi pul vəsaitinə kartın növündən asılı olaraq, illik 3%-dək əmanət faizi hesablanır. Nağdsız ödənişlər etdikdə isə, “BirKart”ın balansına müəyyən bonuslar yığılır və bu bonusları pula çevirmək mümkündür.

"BirKart" haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın "Facebook" səhifəsinə www.facebook.com/birkart.az müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi