Yuxarı

"BirKart" məhsulunu artıq Gəncə sakinləri də əldə edə bilərlər

Müştərinin istəyindən asılı olaraq kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını özündə birləşdirir

Bakı. 11 iyul. REPORT.AZ/ "Kapital Bank"ASC-nin "BirKart" məhsulunu artıq Gəncə sakinləri də əldə edə bilərlər. Maaş və ya pensiyasını "Kapital Bank"dan alan müştərilər Bankın Gəncə və ya Kəpəz filiallarına yaxınlaşıb, kartı əldə edə bilərlər.

Bankdan "Report"a verilən məlumata görə, "BirKart" müştərinin istəyindən asılı olaraq kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kart funksiyalarını özündə birləşdirir.

Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur. Visa Classic, Visa Gold və Visa Platinum əsasında olan "BirKart" 36 ay müddətə verilir, balansındakı məbləğ isə müştərinin aylıq gəlirindən asılı olaraq 10 000 manatadək ola bilər.

Kartdan nağdsız xərclənən məbləği, 40 günədək faizsiz güzəşt müddəti ilə, Bankın partnyor şəbəkəsində xərclənən məbləği isə 2-12 və 18 ay müddətə taksitlə ödəmək olar. Gəncə üzrə olan tərəfdaşların siyahısı saytda qeyd olunub - www.birkart.az/harada-kecerlidir?search=&city=401&category=0&payment_method=0&taksit=hamısı.

"BirKart"dan məbləğin həmçinin bankomatlarından nağd çıxarılması da mümkündür. BirKart-dan kredit qismində xərclənən vəsait məvacib, təqaüd və ya müştərinin mədaxil etdiyi məbləğdən silinə bilər.Bundan başqa, BirKart-a müştərinin yerləşdirdiyi şəxsi pul vəsaitinə kartın növündən asılı olaraq, illik 3%-dək əmanət faizi hesablanır. Nağdsız ödənişlər etdikdə isə, BirKart-ın balansına müəyyən bonuslar yığılır və bu bonusları pula çevirmək mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi