“Bakı Fond Birjası”nın dövriyyəsi 80% artıb

“Bakı Fond Birjası”nın dövriyyəsi 80% artıb Bakı. 21 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Bakı Fond Birjası QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 20,975 milyard manat təşkil edib.
Maliyyə
21 Dekabr , 2018 17:56
“Bakı Fond Birjası”nın dövriyyəsi 80% artıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 20,975 milyard manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 80,3% çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 23,5% artaraq 98 782-yə çatıb.

BFB-nin dövriyyəsinin 35,4%-i və yaxud 7,424 milyard manatı törəmə maliyyə alətlərinin payına düşüb. Törəmə maliyyə alətləri bazarının həcmində illik 43,9% artım qeydə alınıb.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 2,5 dəfə artaraq 12,219 milyard manat, səhm bazarı üzrə əqdlərin dəyəri 4,9 dəfə azalaraq 143 milyon manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 23% azalaraq 607 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 34,5 dəfə artaraq 583 milyon manat olub.

İngilis versiyası BSE turnover grows by 80%

Son xəbərlər

Orphus sistemi