Yuxarı

Takehiko Nakao: "Birgə maliyyələşmə layihələrinə daha çox diqqət yetirilməlidir"

ADB əlavə 20 mlrd. dollar sərmayə cəlb edəcək

Bakı. 5 may. REPORT.AZ/ "Hesab edirəm ki, birgə maliyyələşmə layihələrinə daha çox diqqət yetirilməlidir". "Report"un verdiyi xəbərə görə, bunu Asiya İnkişaf Bankının (ADB) prezidenti Takehiko Nakao bağlanış mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, dünyada hazırda baş verən böhran bir çox ölkələrə təsir edir: "Hesab edirəm ki, ölkələr kosmik sənayenin, kənd təsərrüfatının, İKT və turizmin inkişafına diqqət yetirməlidir. Bir sözlə, qeyri-neft sektoruna diqqət artırılmalıdır".

T.Nakao ADB-yə 20 mlrd. dollar əlavə vəsait cəlb ediləcəyi ilə bağlı müzakirələrin aparıldığını deyib: "Biz əvvəl düşünürdük ki, 2 mlrd. dollar əlavə investisiya cəlb edək. Amma indi düşünürük ki, 10-20 mlrd. dollar əlavə vəsait cəlb edək".

ADB rəhbəri bəzi Asiya ölkələrində sosial bərabərsizliyin artdığını deyib: "Bəzi ölkələrdə təhsil səviyyəsi yüksəlib, həmçinin onlar qloballaşmaya daha tez qoşulur. Bu, əsasən yüksək gəlirli ölkələrdir. Bunun üçün biz əsas icbari təhsilə üstünlük verməliyik. Xüsusən də kənd yerlərində təhsilin keyfiyyəti artırılmalıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi