Binəli Yıldırım: "Türkiyədə aktivlərin idarə olunması fondu yaradılacaq"

Binəli Yıldırım: "Türkiyədə aktivlərin idarə olunması fondu yaradılacaq" Fond genişmiqyaslı layihələri maliyyələşdirəcək
Maliyyə
25 İyul , 2016 13:23
Binəli Yıldırım: Türkiyədə aktivlərin idarə olunması fondu yaradılacaq

Bakı. 25 iyul. REPORT.AZ/ "Türkiyədə hesabında on milyardlarla dollar olan aktivlərin idarə olunması fondu yaradılacaq".

"Report" xəbər verir ki, bu sözləri Türkiyə baş naziri Binəli Yıldırım "Bloomberg" agentliyinə müsahibəsində deyib.

"Fond genişmiqyaslı layihələri maliyyələşdirəcək. İnvestisiyaları büdcə əvəzinə bu fondla maliyyələşdirmək istəyirik", - deyə B.Yıldırım bildirib.

Baş nazir, həmçinin hökumətin iqtisadi artımın təmin edilməsində Türkiyə banklarının fəal rolunu gözlədiyini qeyd edib.

B.Yıldırım daxili bankların diqqətini iqtisadi artım istiqamətində kredit sisteminə yönəltmək niyyətində olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi